Şuşaya "Şuşi" deyən iranlı ekspert sərsəmlədi

Şuşaya "Şuşi" deyən    iranlı ekspert sərsəmlədi
  09 Avqust 2023    Oxunub:1195
Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən ermənipərəst analitik Ehsan Movəhhediyan növbəti dəfə cəfəng fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, o, sosial media hesabında Şuşanı qərəzli şəkildə “Şuşi” adlandıraraq ortaya sərsəm iddialar atıb:

Kərkiyə görə ermənilərdən çox narahat olan iranlı "professor"
"İranı təhdid etmək məqsədi ilə Zəngilan və Füzulidə iki hərbi hava limanı tikən Bakı 2024-cü ilə qədər Laçında, Ermənistanla bitişik Qorçu kəndində üçüncü hava limanını tamamlayacaq. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 kilometr, eni isə 60 metrdir. Sahəsi 50 min kvadratmetr olan hava limanı Laçından 30 km, Kəlbəcərdən 60 km və “Şuşidən” (Şuşa) 70 km məsafədə yerləşir”.

Qeyd edək ki, ermənipərəst ekspert dəfələrlə Azərbaycan əleyhinə sərt və cəfəng dolu fikirlər səsləndirib.

AzVision.az



Teqlər:   Ekspert   Şuşa   İran  





Xəbər lenti