İsveç səfirliyinə bomba qoyuldu - Quranın yandırılmasına cavabdır?

      İsveç səfirliyinə bomba qoyuldu    - Quranın yandırılmasına cavabdır?
  10 Avqust 2023    Oxunub:1464
Naməlum şəxslər İsveçin Livandakı səfirliyinin girişinə molotov kokteyli şəklində xüsusi bomba qoyublar.
AzVision.az xəbər verir ki, bu barədə Expressen məlumat yayıb.

Nəşrin polisdəki mənbələrə istinadən verdiyi xəbərə görə, bomba partlamayıb.

"Quran"ın yandırılmasına etiraz edənlər Bağdadda İsveç səfirliyinə soxulublar
“Bu hücumun Quranın yandırılması qalmaqalı ilə əlaqəsi ola bilər. Biz bunu araşdırırıq və inanırıq ki, cinayətkarları tapacağıq”, – Beyrut polisindəki mənbə isveçli jurnalistlərə deyib.

Qeyd edək ki, iyulun 21-də çıxış edən Hizbullahın baş katibi Nəsrullah Stokholmdakı Quranı təhqir etmək aksiyalarına görə İsveç səfirlərini müsəlman ölkələrindən çıxarmağa çağırmışdı.

Nəsrullah avqustun 1-də deyib ki, İslam ölkələrindən olan gənclər Avropada Quranı yandıranları “cəzalandırsınlar” və hakimiyyətin reaksiyasını gözləməsinlər.

Xatırladaq ki, iki ay öncə Stokholmda Quranın yandırılmasına etiraz edən bir qrup iraqlı İsveçin Bağdaddakı səfirliyinə soxulmuşdu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsveç   Səfirlik   Bomba  





Xəbər lenti