Makron arvadı ilə yaxtada dincəlir - FOTOLAR

 Makron arvadı ilə yaxtada dincəlir    - FOTOLAR
  11 Avqust 2023    Oxunub:1850
Fransa prezidenti Emmanuel Makron növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib.
AzVision.az xəbər verir ki, jurnalistlər 45 yaşlı siyasətçinin arvadı Bricitlə dəbdəbəli istirahətini əks etdirən fotoları yayıblar. Bəzi müxalif saytlar isə Makronun Fransanın cənubundakı Porkerol adasının sahillərində yaxtada istirahət etməsini tənqid edib.

Notr-fallos kilsəsi: Bricit Makronun arzusu ürəyində qalıb
Fotolarda Fransa prezidentinin skuterdə əylənməsi, həyat yoldaşının isə mini ətəkli geyimlə ona əl sallaması diqqət çəkib.

Xatırladaq ki, ötən ay Fransada 17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra nümayişlər başladı. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirildi. Belə bir xaotik duruma baxmayaraq Makron və həyat yoldaşı Elton Conun Parisdə baş tutan konsertində iştirak etdilər. Onların əylənməsi böyük hiddətə səbəb oldu.

Qeyd edək ki, Makron ailəsi tez-tez dünya mediasının gündəminə gəlir. Onlar həm də yaş fərqinə görə ən çox müzakirə olunan cütlüklərdən sayılırlar. Bricit prezidentlə Emmanuelin cəmi 16 yaşı olanda tanış olub. Qadın Makronun müəllimi olub. Cütlük 2007-ci ildən ailə qurub, Bricitin əvvəlki evliliyindən üç övladı və yeddi nəvəsi var.




Tural Tağıyev
AzVision.az



Teqlər:   Makron   Fransa  





Xəbər lenti