Paris partlayır, dərviş isə belə əylənir - VİDEO

      Paris partlayır, dərviş isə belə əylənir    -  VİDEO
  01 İyul 2023    Oxunub:1398
Fransada 17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra nümayişlər başlayıb. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.
AzVision.az xəbər verir ki, ötən gün hüquq-mühafizə orqanları ötən gün iğtişaşlar zamanı 471 nəfəri saxlayıb. Marsel şəhərinin meri Benoit Payan nazirdən şəhərə əlavə hüquq-mühafizə qüvvələrinin göndərilməsini tələb edib. Fransada baş tutan etirazlar fonunda ölkə Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron Elton Conun Parisdə baş turan konsertində iştirak ediblər. Onların əylənməsi böyük hiddətə səbəb olub.



Maraqlıdır ki, Elton Conun konsertində iştirak edən Makron bu gün Brüsseldə baş tutan Avropa İttifaqının (Aİ) toplantısını yarımçıq saxlayaraq Parisə qayıdıb. Fransanın baş naziri Elizabet Born bütün kabinet üzvlərini ölkənin müxtəlif şəhərlərində baş verən iğtişaşlar səbəbindən işgüzar səfərləri təxirə salaraq dərhal Parisə qayıtmağa çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti