AzVision.az xəbər verir ki, o, "Beşinci Kanalın" efirində çıxış edən siyasətçi bu ərazilərdə yaşayan radikal ermənilər, separatçıların gələcəyinin olmadığını etiraf edib. O, hazırda dəhlizdən əvvəlki kimi sui-istifadə hallarının olmamasını belə şərh edib: “Çox şey yerli ermənilərin Qarabağda nə qədər qalmasından asılıdır. Bu, oktyabr-noyabr aylarına kimi davam edəcək, qışda nə olacağını isə deyə bilmərəm".
Keçmiş baş nazir separatçıların problemlərinin 2022-ci ilin oktyabrından, Paşinyan Praqada Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra başladığını qeyd edib. O bununla həm də Rusiya sülhməramlılarına bəslənən ümidlərin məhv olduğunu vurğulayıb.
Baqratyanın sözlərinə görə, yerli ermənilərin böyük qismi Qarabağı tərk edəcək: "Onları bəlkə də dərhal təxliyyə edilməyəcəklər. Hətta ola bilsin ki, bəziləri qalsın. Nə deyim bilmirəm. Amma vəziyyət hazırda belədir".
Tural Tağıyev
AzVision.az