QRU-nun eks-polkovniki ordunu gözdən saldığına görə cəzalandırılıb

  QRU-nun eks-polkovniki    ordunu gözdən saldığına görə  cəzalandırılıb
  15 Avqust 2023    Oxunub:1744
Moskvanın Tver Məhkəməsi Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) istefada olan polkovniki Vladimir Kvaçkovu 40 min rubl cərimələyib.
O, Rusiya ordusunun nüfuzuna xələl gətirməkdə ittiham edilir. AzVision.az xəbər verir ki, bu barədə Qazeta.ru məlumat yayıb.

Ukraynada QRU agenti saxlanılıb
Qeyd edilir ki, protokol Rusiya Federasiyasının Silahlı Qüvvələrinin nüfuzdan salınması ilə bağlı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinə əsasən tərtib edilib.

QRU-nun ehtiyatda olan polkovniki nəşrə açıqlamasında bildirib ki, inzibati işin qaldırılmasına səbəb onun ictimai fəaliyyəti və onun rəhbərlik etdiyi ictimai təşkilatın adından verdiyi bəyanatlar ola bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   QRU   Rusiya   Məhkəmə  





Xəbər lenti