AzVision.az xəbər verir ki, bu fikirləri Fransanın Vətənpərvərlər Partiyasının sədri Florent Filippo X sosial şəbəkəsindəki (keçmiş Twitter-red.)
hesabında yazıb.
Siyasətçi qeyd edib ki, 2022-ci ilin noyabrında Kiyev beynəlxalq ictimaiyyəti Rusiya Silahlı Qüvvələrinə məxsus raketlərin Polşa ərazisinə düşməsinə inandırmağa çalışıb. Lakin bu bəyanatların
yalan olduğu üzə çıxdı.
"İndi də oxşar vəziyyət başqa bir NATO üzvü olan ölkənin iştirakı ilə təkrarlanır. Kiyev bu dəfə bizi Rusiya pilotsuz təyyarələrinin Rumıniyada partlamasına inandırır",- o vurğulayıb.
Tural Tağıyev
AzVision.az