AP: "Polşaya düşən raket Ukrayna tərəfindən atılıb"

      AP:    "Polşaya düşən raket Ukrayna tərəfindən atılıb"
  16 Noyabr 2022    Oxunub:973
Dünən Polşanın şərqinə düşən raket Ukrayna Silahlı Qüvvələri tərəfindən buraxılıb.
AzVision.az xbər verir ki, bu barədə Associated Press ABŞ administrasiyasının rəsmilərinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, Ukraynanın enerji infrastrukturu obyektlərindən birini hədəfə alan Rusiya raketinin qarşısını almaq üçün Ukrayna raketi atılıb.

Qeyd olunur ki, bu məlumat ABŞ administrasiyasının nümayəndələrinin Rusiyaya məxsus raketin Polşa ərazisinə düşdüyü barədə əvvəllər səsləndirdiyi fərziyyələrlə ziddiyyət təşkil edir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirilmədiyi ilə bağlı məlumat yayıb. Bildirilib ki, Polşa mediasının hadisə yerindən dərc etdiyi qalıqların fotoşəkillərinin Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti