Koçaryanın oğlu kəllə-beyin travması aldı - VİDEO |
Xatırladaq ki, Koçaryanın oğlu sentyabrın 22-də hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib. O, xaosa səbəb olan aksiyaların təşkilatçılarından biri idi. Levon saxlanılarkən polis əməkdaşları tərəfindən döyüldüyü üçün xəstəxanaya yerləşdirilmişdi. Sonda isə hərbi caninin oğluna 4 polis əməkdaşına fiziki təzyiq göstərməkdə şübhəli bilinərək cinayət işi açıldı.
Qeyd edək ki, Azərbaycan Qarabağda antiterror tədbirlərə başladan gündən Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Fəallar əsasən paytaxt küçələrini bağlayıblar. Hökumət bundan sonra kütləvi həbslərə başlayıb.
Tural Tağıyev
AzVision.az