Daha bir separatçı "müdafiə naziri"nə qarşı cinayət işi açıldı

   Daha bir separatçı "müdafiə naziri"nə qarşı cinayət işi açıldı
  16 Oktyabr 2023    Oxunub:1291
Qarabağda mövcud olmuş qondarma rejimin keçmiş "müdafiə naziri" Samvel Babayan həbs oluna bilər.
Ermənistan Baş Prokurorluğu onun qalmaqallı açıqlamaları əsasında cinayət işi açıb.

Hraparak: "Babayan ermənilərin Kadırovu olmaq istəyir"
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, iş Cinayət Məcəlləsinin iki maddəsi - 550-ci ( Hərbi vəziyyət, müharibə zamanı yaxud döyüş şəraitində komandir və ya vəzifəli şəxs tərəfindən öz xidməti vəzifələrini yerinə yetirməmə və ya lazımınca yerinə yetirməmə ), habelə 545-ci ( təslim olma və ya texnika, digər döyüş vasitələrini düşmənə təslim etmə ) ilə başlanıb. Hazırda iş üzrə təqsirləndirilən şəxslər yoxdur.

Xatırladaq ki, bir müddət öncə Babayan Ermənistanın İctimai Televiziyasının efirində Qarabağa dair bir sıra qalmaqallı açıqlamalar vermişdi. O, iddia edib ki, separatçıların "prezidentləri" və "parlament üzvləri" xunta rejimini bilərəkdən təslim ediblər.

Qeyd edək ki, Samvel Babayan 1994-2000-ci illərdə keçmiş qondarma rejimin "müdafiə ordusunun" rəhbəri olub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Cinayət  





Xəbər lenti