Qarabağ erməniləri Şahramanyanın "ofisi"nə soxuldular - VİDEO

 Qarabağ erməniləri Şahramanyanın "ofisi"nə soxuldular  - VİDEO
  20 Oktyabr 2023    Oxunub:1412
Qarabağ erməniləri bu gün ikinci dəfə keçmiş qondarma rejimin İrəvandakı nümayəndəliyinin binasına soxulublar.
Buna səbəb separatçıların rəhbəri olmuş Samvel Şahramanyanın etirazçıların qarşısına çıxmaması, onların suallarına cavab verməməsi olub. O, binada olarkən həyətdə vəziyyət gərginləşib. Əraziyə toplanan kütlə polis kordonunu yarıb, bəzi etirazçılar hətta nümayəndəliyə daxil ola biliblər. Bundan qorxan Şahramanyan çölə çıxaraq qəzəbli kütlə qarşısında çıxış edib.

Bakı Şahramanyanın son təklif və yalvarışlarını rədd edibmiş
Xatırladaq ki, Qarabağdan Ermənistana könüllü getmiş ermənilərin bir qismi səhər saatlarında da aksiya keçiriblər. Onlar keçmiş qondarma qurumun "dövlət qurumları"nın işçilərinə maaş verilməsinin dayandırılması ilə bağlı qərarına etiraz edirlər.

Dünən isə məlum olub ki, Şahramanyan oktyabrın 1-dən "prezident", "dövlət naziri", "nazirlər" və bir sıra digər yüksək rütbəli "məmurlar" istisna olmaqla, demək olar ki, bütün "dövlət qurumları"nın və tabeli strukturların işçilərinə əməkhaqqının verilməsinin dayandırılması haqqında fərman imzalayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   Ermənistan   Separatçı  





Xəbər lenti