Bakı Şahramanyanın son təklif və yalvarışlarını rədd edibmiş

 Bakı Şahramanyanın son təklif və yalvarışlarını   rədd edibmiş
  18 Oktyabr 2023    Oxunub:1635
Ermənistan mediasında Azərbaycanın öz ərazilərində uğurla apardığı antiterror tədbirlərinə dair diqqət çəkən məqalə yayılıb.
"Joğovurd" iddia edir ki, Qarabağda aparılan döyüşlər zamanı Azərbaycan separatçıların "təhlükəsizlik məmuru" olmuş 2 hərbi cani ilə - Samvel Babayan Vitali Balasanyanla atəşkəs üçün danışıqlardan imtina edib.

“Vardanyan planı” niyə pozuldu | Vüsal Məmmədovun təhlili
Nəşr mənbələrinə istinad edərək yazıb ki, Qarabağda mövcud olmuş xuntanın keçmiş rəhbəri Samvel Şahramanyan döyüşlər zamanı atəşkəs üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini ilə əlaqə saxlayıb.

"Azərbaycan tərəfinə Xankədidən danışıqları aparacaq nümayəndə kimi Samvel Babayanın namizədliyini təklif edilib. Azərbaycanlılar bununla razılaşmayaraq Babayanı yalançı və dezinformasiya yayan adlandırıblar, onu Ermənistana göndərməyi təklif ediblər. Daha sonra Şahramanyan Vitali Balasanyanı təklif edib. Rəsmi Bakı bununla da razılaşmayıb. Azərbaycan son olaraq bütün namizədləri rədd edib. Onlar yalnız bir şey tələb ediblər - "Dağlıq Qarabağ"ın ləğvi ilə bağlı bəyanat imzalansın. Yalnız bundan sonra atəşkəsi görəcəyik. Nəhayət, belə də oldu ", - məqalədə yazılıb.

Xatırladaq ki, Azərbaycanın cəmi 23 saata apardığı antiterror tədbirləri separatçıların qondarma rejimini tarixə gömdü. Sentyabrın 28-də xuntanın rəhbəri olmuş separatçı Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək bütün "dövlət institutlarının" ləğvi və tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğuna xitam verilməsi haqqında fərman imzaladı.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Separatçı   Qarabağ   Bakı  





Xəbər lenti