Erməni deputat mandatından imtina etdi |
Qeyd edək ki, Armen Çarçyan 2021-ci ilin iyununda “Hayastan” (Ermənistan-red.) blokundan deputat seçilib. İzmirlyan tibb mərkəzinin keçmiş direktoru olan professor Çarçyan mandatını alarkən rüşvətxorluqda və seçicilərə təzyiqdə ittiham olunduğu üçün saxlanılmışdı. O, 2021-ci il dekabrın 10-da Konstitusiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib. Konstitusiya Məhkəməsinin qərarına əsasən, azadlıqdan məhrum edilmiş şəxs deputat statusu aldığı andan həbsdə qala bilməz.
Xatırladaq ki, bundan öncə də bir neçə deputat mandatından imtina edib.
Tural Tağıyev
AzVision.az