AzVision.az xəbər verir ki, bunu Meşəli kənd orta məktəbinin direktoru Alışov Alış Musa oğlu Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən
Vaqif Xaçatryanın məhkəməsinin baxış iclasında deyib. V.Xaçaturyan deyilənləri təkzib edib.
Zərərçəkən: Vaqif, sən Sadayın evinin qapısında deyildin? Qəniməti öldürəndə orada deyildin? Camaatı sarımısan?
Vaqif: Mən orada olmamışam.
Zərərçəkən: "Sən necə adamsan? Anamın 78 yaşı var idi, onu vurub öldürdünüz.
Vaqif: Sən müəllimsən, Allah canını sağ etsin. Amma mən orada olmamışam.
Zərərçəkən: Kişiliyin olsun, boynuna al. Məktəbimizi vururduz, yolumuzu kəsirdiz.
Şahanə Rəhimli
AzVision.az