"Evimdə illərlə çörək kəsib, sonra bizi qırdınız"- Zərərçəkən

 "Evimdə illərlə çörək kəsib, sonra bizi qırdınız"-  Zərərçəkən
  24 Oktyabr 2023    Oxunub:1166
Evimizdə çörək yeyib bizə qənim kəsildiniz.
AzVision.az xəbər verir ki, bunu Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni dilli Vaqif Xaçatryana zərərçəkmiş Ziba Mehralıyeva deyib.

"Kişiliyin olsun, boynuna al"- Zərərçəkən Xaçatryana
O bildirib ki, Vaqif Xaçatryan və qardaşı Qürgen Xaçaturyan onlarla ailəvi gediş-gəliş də olub:

"Siz ömrü boyu bizim çörəyimizi yemisiniz. Evimdə illərlə çörək kəsib sonra bizi qırdınız. Çox şərəfsiz adamsan, Vaqif. Baxma gözümə, səndən zəhləm gedir. Sənə verdiyim çörək gözündən gəlsin. Haramınız olsun bizdə yediyin çörək".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  



Xəbər lenti