Paşinyan KTMT-nin iclasında iştirakdan imtina etdi |
“Əgər bu, həqiqətən də belədirsə, onda təəssüf hissini ifadə edə bilərik. Biz başa düşürük ki, hər bir hökumət başçısının və ya dövlət başçısının iş qrafikində öz tədbirləri, öz işi ola bilər.
Ancaq təəssüf etmək olar, çünki belə görüşlər fikir mübadiləsi, saatların sinxronlaşdırılması üçün çox yaxşı fürsətdir”, - Peskov qeyd edib.
Noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlayıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan MDB-nin Bişkek sammitində iştirak etməyiblər. Daha sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada MDB-dəki həmkarları ilə görüşdə iştirakdan imtina edib.
Şahanə Rəhimli
AzVision.az