Fransa nişan altında: İrəvana silah vermək nəyi dəyişəcək? |
Həmçinin, xüsusi konsepsiya təqdim edilib ki, burada da İrəvanın bundan sonra yalnız yeni müdafiə silahları alması əsas götürülür.
Qeyd edək ki, Ermənistan əvvəllər silah-sursatın böyük hissəsini Rusiyadan alırdı. Daha doğrusu, Rusiya uzun illər sovet istehsalı olan köhnəs silah surstaları və ya vaxtı keçmiş hərbi avadanlıqları İrəvana təmənnasız verirdi.
İkinci Qarabağ müharibəsindən sonra isə İrəvanda qırıcının Moskvadan sursatsız alınmasından və yararsız raketlərlə bağlı ciddi problem yaşamalarından gileylənirdilər.
Hətta keçmiş müdafiə naziri Davit Tonoyan iki il öncə istifadəyə yararsız raketlər almaqda və vəsaitləri mənimsəməkdə ittiham olunaraq həbs edilib.
Paşinyan hakimiyyəti son iki il ərzində isə Hindistandan daha çox silah sursat almağa başlayıb. Xüsusilə Ermənistan çoxsaylı reaktiv yaylım atəşi sistemləri, müxtəlif artilleriya qurğuları və zenit-raket kompleksləri əldə edib. Bundan başqa Fransa da son aylar Ermənistanı aktiv şəkildə silahlandırmağa başlayıb.
Tural Tağıyev
AzVision.az