Tonoyan: "Müasir müharibəyə hazır deyildik" |
Qeyd edək ki, Tonoyan istifadəyə yararsız raketlər almaqda və vəsaitləri mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, 2021-ci ilin sentyabrından həbsdədir. Bu cinayət işində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, Nazirliyin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin aviasiya departamentinin aviasiya texniki əmlakı xidmətinin rəisi Artem Ambaryan, aviasiya departamentinin baş mühəndisi Vladimir Babayan və silah sövdələşmələrində iştirak edən iş adamı David Qalstyan da ittiham olunurlar. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dolları mənimsəməkdə ittiham edir.
Tural Tağıyev
AzVision.az