Rusiyada axtarışa verilən oğlan Azərbaycanda saxlanıldı |
T. Məmmədova qarşı xuliqanlıq və etnik zəmində nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham irəli sürülüb.
İstintaqın məlumatına görə, oktyabrın 15-də Tural Məmmədov cinayətin digər iştirakçıları ilə birlikdə yoldan keçənlərə hücum etməyə çağırıb və özü də əlbəyaxa davada iştirak edib. Hücum edənlər baş verənləri lentə alıb, sonra internetə yerləşdiriblər.
İnternetdə T, Məmmədovun ekstradisiyasının görüntüləri yayılıb. O, cinayət ortaqlarının bir sıra həbsindən sonra Azərbaycana qaçıb, lakin beynəlxalq axtarışa verildikdən sonra tutulub.
Xatırladaq ki, bundan əvvəl xəbər verilmişdi ki, Sankt-Peterburqda bir qrup azərbaycanlı təsadüfi yoldan keçənləri döyərək, bununla bağlı görüntüləri sosial şəbəkələrdə yerləşdiriblər. Faktla bağlı xuliqanlıq faktı üzrə cinayət işi açılıb. Azərbaycan və Tacikistan vətəndaşları da daxil olmaqla ümumilikdə 13 nəfər saxlanılıb. Onların hamısına qarşı cinayət işi açılıb və nəzarətə götürülüblər.
Şahanə Rəhimli
AzVision.az