Rusiyada axtarışa verilən oğlan Azərbaycanda saxlanıldı
Bu döyülmələr nəticəsində cinayət işi açılıb. Artıq dəstənin 10 üzvü saxlanılıb. Tural Məmmədov isə qaçaraq beynəlxalq axtarışa verilib. O, hazırda həbsdədir və Rusiyaya ekstradisiyasını gözləyir.
“Sankt-Peterburq və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının mətbuat katibi Rəşadə Orucovanın verdiyi məlumata görə, konvensiyaya uyğun olaraq Rusiyadan sorğu göndərilib.
O, həmçinin qeyd edib ki, T.Məmmədovun diaspor fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur, lakin ictimai təşkilatın rəhbəri Vaqif Məmişev bloqqerin ailəsi ilə əlaqə saxlayıb . Onun valideynləri övladlarının əməlindən peşman olduqlarını bildirib və şəhər sakinlərindən üzr istəyiblər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: