Netanyahu: "Girovların qaytarılmasının birinci mərhələsinin başa çatıb"

      Netanyahu:   "Girovların qaytarılmasının birinci mərhələsinin başa çatıb"
  24 Noyabr 2023    Oxunub:1393
İsrail Qəzza zolağında fələstinli radikallar tərəfindən saxlanılan girovların qaytarılmasının birinci mərhələsini başa çatdırıb. Ölkə hökuməti bütün məhbusların azad edilməsinə nail olmaq və anklavda hərbi əməliyyatın bütün məqsədlərini yerinə yetirmək niyyətindədir.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
13 israilli Fələstin girovluğudan azad edildi


"Biz qaçırılan uşaqlarımızın, onların analarının və digər qadınların geri qaytarılmasının birinci mərhələsini başa vurduq. Onların hər biri bütöv bir dünyadır. Amma mən sizə, ailələrə və İsrail vətəndaşlarına vurğulayıram: biz qaçırılanların hamısını geri qaytarmağa borcluyuq. Bu, müharibənin məqsədlərindən biridir və biz müharibənin bütün məqsədlərinə nail olmağa çalışırıq”, - deyə onun ofisi hökumət başçısının bəyanatını yayıb.

Baş nazirlik daha əvvəl bildirmişdi ki, Netanyahu və müdafiə naziri Yoav Qalant İsrail ordusunun Baş Qərargahının Təl-Əvivdəki əməliyyat mərkəzindən azad edilmiş girovların İsrailə gətirilməsi əməliyyatına nəzarət edir.

Həmçinin oxu
İsrail həbsxanalarında saxlanılan 39 fələstinli azad edilib

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti