13 israilli Fələstin girovluğudan azad edildi

  13 israilli Fələstin girovluğudan azad edildi
  24 Noyabr 2023    Oxunub:1868
Qəzza zolağında Fələstin radikalları tərəfindən 49 gün saxlanılan girovların ilk qrupu İsrailə gətirilib və burada onları hərbçilər və İsrail kəşfiyyatçıları qarşılayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələrinin və Ümumi Təhlükəsizlik Qüvvələrinin xüsusi bölmələri hazırda azad edilmiş girovların yanındadır.

Azad edilən girovlar İsrail ərazisində ilkin tibbi müayinədən keçiblər. Onlar İsrail xəstəxanalarına gedərkən əsgərlərin müşayiəti altında qalacaqlar və burada ailələrinə qovuşacaqlar”, - məlumatda deyilir.

İsrailin 12 telekanalının məlumatına görə, azad edilən İsrail vətəndaşları arasında dörd uşaq və onların anaları da var. Keçmiş girovların ən kiçiyi Aviv Aşer iki yaş yarımdır, bacısı Raz (dörd yarım yaşında) və anası Doron onunla birlikdə azad edilib. Azad edilənlərdən ən yaşlısı Yaffa Adarın 85 yaşı var. Doqquz yaşlı Ohad Mundar istisna olmaqla, azadlığa buraxılanların hamısı qadındır.

Ümumilikdə azad edilənlərin birinci qrupuna 13 İsrail və 12 Tailand vətəndaşı daxildir.

***
Qəzza zolağında fələstinli radikalların saxladığı 13 israilli girovdan ibarət ilk qrup Misirə gətirilib. Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Bildirilib, hazırda İsrail xüsusi xidmət orqanlarının nümayəndələri azad edilənlərlə danışıqlar aparır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti