Paşinyan qohum-əqrəba klanı qurur

 Paşinyan qohum-əqrəba klanı qurur
  11 Yanvar 2024    Oxunub:900
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə yerli medianın tənqidinə tuş gəlib.
"Hraparak" nəşrinin yaydığı məlumata görə, "demokrat" baş nazir Armavir vilayətinin qubernatoru postuna öz yaxınını təyin etməyi planlaşdırır. Söhbət Paşinyan ailəsinin xaç atası olan David Xudatyandan gedir.

Paşinyanın qohumları ictimai fəalı döydülər
Xudatyan hazırda genişləndirilmiş Armavir icmasının rəhbəri vəzifəsində çalışır. Qəzet iddia edir ki, onun administrasiyası artıq Xudatyanın varisi ilə bağlı məsələləri müzakirə edir: "Bəzi məlumatlara görə, Paşinyanın xaç atasını onun birinci müavini Varşam Sarkisyan əvəzləyəcək".

Digər müxalifət saytları da 2018-ci ildə demokratiya vədləri, klanlara, ailə hakimiyyətinə son qoymaq şüarları ilə çevriliş edən Nikol Paşinyanın bu cür qərar və planlarını pisləyib.

Xatırladaq ki, Armavir vilayətinin qubernatoru Edvard Hovannisyan yanvarın 5-də baş nazir Nikol Paşinyanın bölgəyə səfərindən sonra vəzifədən azad edilib. Baş nazir bir neçə kəndə səfəri zamanı məktəblərdə yeni idman zallarının tikintisinin keyfiyyətinə görə rayon rəhbərliyini tənqid etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan  





Xəbər lenti