NATO Rusiya ilə müharibəyə hazırlaşır: Məxfi sənəddən çıxarışlar

  NATO Rusiya ilə müharibəyə hazırlaşır:  Məxfi sənəddən çıxarışlar
  15 Yanvar 2024    Oxunub:1248
NATO Rusiyanın şərq cinahında böyük hücuma hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə “Bild” nəşri Bundesverin gizli sənədinə istinadən yazıb.

Almaniya Müdafiə Nazirliyinin məxfi sənədində Rusiya ilə NATO arasında baş verə biləcək hadisələr, 2025-ci ilin yayında yüz minlərlə NATO hərbçisinin yerləşdirilməsi və qaçılmaz müharibənin başlanması ilə nəticələnən mümkün hadisələr təsvir edilir.

Ssenarinin 2024-cü ilin fevralında, Rusiyanın növbəti səfərbərlik dalğasına başlayacağı və əlavə 200 min nəfəri orduya çağıracağı zaman başlayacağı qeyd edilir. Sonra güman edilir ki, Kreml Ukraynaya yaz hücumuna başlayacaq və bu, sənəddəki ssenariyə görə, iyuna qədər Ukrayna ordusunu geri atacaq.

Rusiyanın Qərbə gizli hücumu ssenariyə görə, iyulda başlayacaq və zaman keçdikcə bu, özünü daha qabarıq göstərəcək. Bundesver bu müddət ərzində əsasən Baltikyanı ölkələrdə kiberhücumları və hibrid müharibənin digər formalarını, habelə Rusiyanın öz ərazisində və Belarusda genişmiqyaslı təlimlərə başlamaq üçün bəhanə kimi istifadə etdiyi toqquşmaları simulyasiya edir.

Bundan əlavə, ssenariyə görə, Rusiya Kalininqrada qoşun və orta mənzilli raketləri köçürərsə, oktyabrda eskalasiya baş verə bilər. 2024-cü ilin dekabrından isə “Suvalki dəhlizi” ərazisində süni şəkildə yaranmış “sərhəd münaqişəsi” və “çoxsaylı insan tələfatı ilə iğtişaşlar” gözlənilir.

Nəşr həmçinin ABŞ-ın seçkilərdən sonra bir neçə həftə lidersiz qala biləcəyi bir vaxtda Rusiyanın Belarusun dəstəyi ilə 2014-cü ildə Ukraynanın NATO ərazisindəki işğalını təkrarlanmasını modelləşdirir. 2025-ci ilin mayında isə NATO məhdudlaşdırma tədbirləri ilə bağlı qərar qəbul edir; “X” günü NATO şərq cinahına 30.000 Bundesver əsgəri də daxil olmaqla 300.000 hərbi qulluqçunu köçürür.

Xatırladaq ki, NATO baş katibinin müavini Mirça Coana Rusiya ilə Ukrayna arasında müharibənin uzun müddət davam edəcəyini və yəqin ki, 2025-ci ildə belə bitməyəcəyini demişdi.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti