Fransanın keçmiş baş naziri Kiyevə yardımları səmərəsiz adlandırdı

Fransanın keçmiş baş naziri Kiyevə yardımları səmərəsiz adlandırdı
  15 Yanvar 2024    Oxunub:933
Fransanın keçmiş baş naziri Dominik de Vilpen Ukrayna ilə bağlı diqqət çəkən açıqlamalar verib.
O, France Inter radiosunun efirində çıxışı zamanı deyib ki, Qərb Kiyevi dəstəkləməyə başlayanda bu dəstəyin nə məqsədlərini, nə də zamanını dərk etməyib.

Torpaq donan kimi Rusiya dəhşətli hücumlara başlayacaq - "ISW"
“Hər şeyi yaxşı etdiyimizi düşünürük. Elə bilirik ki, biz bütün vasitələrdən istifadə etmiş, Avropa ilə Qərbin birliyini qorumuşuq, Ukraynanı isə dəstəkləmişik. Amma həqiqətə baxsaq, məlum olur ki, biz hələ də öz məqsədlərimizi müəyyən etməmişik”, - Vilpen qeyd edib.

Keçmiş baş nazirin sözlərinə görə, Kiyevin müttəfiqləri onu “hər hansı problemi vaxtında həll etmək üçün” lazımi yardımlarla təmin etməyiblər. Buna görə də Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğursuz olub.

"Bundan əlavə, biz hələ özümüzün necə hərəkət edəcəyimizin qrafikini belə müəyyən etməmişik", - siyasətçi gileylənib.

Bundan əvvəl Fransa Hərbi Hava Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbəri, general Jan-Pol Palomero Vladimir Putinin ordunu gücləndirdiyini və buna görə də Rusiyanın bu il Ukraynanı məğlub edə biləcəyini proqnozlaşdırmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Ukrayna  





Xəbər lenti