Ukraynalı əsgərlər belə təslim oldular - VİDEO

Ukraynalı əsgərlər belə təslim oldular  - VİDEO
  16 Yanvar 2024    Oxunub:1051
Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Zaporojye istiqamətində Rusiya əsgərlərinə təslim olublar.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik əsirlərin videosunu da paylaşıb.

Yayılan kadrlarda Ukrayna əsgərlərinin Rusiya hərbi qüvvələrinin nəzarəti altında bir-bir səngərdən necə çıxması əks olunub.

Ukraynalı hərbçi Aleksandr Yakovlev deyib ki, atışma ilk olaraq Rusiya qüvvələri tərəfindən başlayıb. O, həmkarları ilə çuxurlardan birinə uzanıb. 20 dəqiqəyə yaxın orada qalan hərbçilər daha sonra təslim olublar. Onun sözlərinə görə, ətraf ərazi minalı olduğundan qaçmaq mümkün olmayıb.

Yakovlev onu da qeyd edib ki, əgər o, əsir mübadiləsi yolu ilə evinə qayıda bilsə, böyük ehtimalla yenidən cəbhə xəttinə, döyüşməyə göndəriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti