Makron mətbuat konfransı keçirəcək

   Makron mətbuat konfransı keçirəcək
  16 Yanvar 2024    Oxunub:1144
Fransa prezidenti Emmanuel Makron ölkənin Nazirlər Kabinetində dəyişikliklərdən sonra bu gün jurnalistlərin suallarını cavablandıracaq.
AzVision.az xəbər verir ki, mətbuat konfransı axşam saatlarında bir neçə televiziya kanalında efirə gedəcək.

Siyasi rəqibləri tərəfindən xalqdan uzaq qaçmaq, hətta monarxiya meyilli olmaqda ittiham edilən Makron xarici səfərlərində jurnalistlərin suallarını mütəmadi cavablandırsa da, yerli mətbuatla müsahibədən, adətən, yayınır. Odur ki sual-cavab formatında baş tutacaq bugünkü konfrans Fransa prezidentinin təqribən 5 il ərzində media qarşısında ilk belə çıxışı kimi əlamətdar sayılır.

Makronun gözlənilməz çıxışı, əlbəttə, ötən il pensiya islahatına qarşı kütləvi etirazlardan və immiqrasiya qanunu ilə bağlı öz cəbhəsində yaranan ixtilafdan sonra təhlükəyə düşən hakimiyyətinə "yeni nəfəs" gətirmək istəyindən xəbər verir.

Yelisey sarayında keçirilməsi nəzərdə tutulan konfransda o, yeni Baş nazir Qabriel Attalın vəzifə öhdəliklərini də müəyyənləşdirəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Makron   mətbuat   konfrans  





Xəbər lenti