Tramp :"Prezident seçilsəm, bu məsələləri tezliklə həll edərəm"

  Tramp :"Prezident seçilsəm, bu məsələləri tezliklə həll edərəm"
  16 Yanvar 2024    Oxunub:1024
Sabiq ABŞ prezidenti Donald Tramp Ukrayna və Qəzza münaqişələri barədə fikirlərini təkrarlayıb.
AzVision.az xəbər verir ki, Donald Tramp dünən Ayova ştatında baş tutan prezident seçkilərinin ilk mərhələsində qələbə qazanmasından sonra seçicilər qarşısında çıxış edib.

O, Qəzza zolağındakı vəziyyəti "dəhşətli" adlandıraraq, rəqibi Co Baydeni bu münaqişə çərçivəsində yenidən "ABŞ-nin ən uğursuz prezidenti" kimi qiymətləndirib.

"Yenidən Ağ Evə qayıtsam, Qəzza və Ukrayna məsələlərini çox qısa müddətdə həll edərəm", - o deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Tramp   prezident   seçkilər  





Xəbər lenti