İsrailin cənubuna hücum edilib

İsrailin cənubuna hücum edilib
  16 Yanvar 2024    Oxunub:751
Qəzza istiqamətindən İsrailin cənubunda yerləşən sərhədyanı Netivot şəhərinə çoxsaylı raket zərbəsi endirilib.
AzVision.az xəbər verir ki, "The Times of Israel" hücumu "son həftələrin ən böyük raket zərbəsi" adlandırıb.

Sosial şəbəkədə yayılan kadrlara əsasən, hücum nəticəsində şəhərdə bir binaya ciddi ziyan dəyib.

İtkilər barədə hələlik məlumat yoxdur.

Firudin Həmidli
AzVision.az


Teqlər: hücum   raket   zərbə  





Xəbər lenti