İraq İrandakı səfirini geri çağırıb

İraq İrandakı səfirini geri çağırıb
  16 Yanvar 2024    Oxunub:669
İraq Xarici İşlər Nazirliyi ölkənin İrandakı səfiri Nasir Abdul Mohseni məsləhətləşmələr üçün geri çağırıb.
Bu barədə İraq XİN “X” səhifəsində məlumat yayıb. Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) yanvarın 15-dən 16-sına keçən gecə İraqın şimalında yerləşən Ərbil şəhərini raket atəşinə tutub. Hadisə nəticəsində 4 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı iddia olunur.

İraq Prezidenti Əbdüllətif Camal Rəşid bildirib ki, Sepahın Ərbili raket atəşinə tutması İraqda deyil, bütövlükdə regionda təhlükəsizliyi təhdid edir.

AzVision.az


Teqlər:





Xəbər lenti