Aİ Qırmızı dənizə xüsusi missiya göndərəcək

Aİ Qırmızı dənizə xüsusi missiya göndərəcək
  16 Yanvar 2024    Oxunub:894
Avropa İttifaqına (Aİ) üzv ölkələr Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini təmin etmək üçün dəniz missiyasının yaradılmasını təsdiqləyib.
TASS-ın yaydığı məlumata görə, missiyanın fevralın 19-dan gec olmayaraq yaradılması planlaşdırılır.

O, ticarət gəmilərini Yəmənin üsyançı “Ənsar Allah” (Husi) hərəkatının artan hücumlarından qoruyan digər ölkələrlə koordinasiyada işləyəcək.
AzVision.az



Teqlər:





Xəbər lenti