Ərdoğan: “Beş gündə 78 terrorçu zərərsizləşdirilib”

   Ərdoğan:    “Beş gündə 78 terrorçu zərərsizləşdirilib”
  16 Yanvar 2024    Oxunub:954
“Təkcə son beş gündə Suriya və İraqda terrorçu ünsürlərə qarşı həyata keçirdiyimiz hava əməliyyatları nəticəsində 114 hədəf vurulub, 78 terrorçu zərərsizləşdirilib. İlin əvvəlindən polis və jandarma bölmələrimizin keçirdiyi əməliyyatlarda terrorla əlaqəsi olan 465 nəfər saxlanılıb”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında deyib.

“620 mindən çox suriyalı terrordan azad edilən ərazilərə qaytarılıb. Sərhədlərimizdən kənarda hərbi mövcudluğumuz həm ölkəmizin, həm də vətəndaşlarımızın təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə separatçı terror təhlükəsini mənbəyində qurudacaq. Ölkəmizin belə bir fəlakətlə üzləşməsinə icazə verə bilmərik”, - o qeyd edib.
AzVision.az



Teqlər:





Xəbər lenti