Slovakiya Macarıstanın tərəfini tutdu

   Slovakiya Macarıstanın tərəfini tutdu
  17 Yanvar 2024    Oxunub:834
Slovakiyanın baş naziri Robert Fiko Macarıstanın baş naziri Viktor Orbanla keçirdiyi mətbuat konfransında deyib ki, Bratislava heç vaxt Macarıstanı Avropa İttifaqında səsvermə hüququndan məhrum etməyə razı olmayacaq.
Fiko vurğulayıb ki, o, Slovakiya hökumətinin başçısı olduğu müddətdə Bratislava Macarıstana qarşı hücumlarla razılaşmayacaq, çünki bu ölkə (Macarıstan - Red) Avropa İttifaqı daxilində suverenliyi uğrunda mübarizə aparır.

“Mən, Slovakiyanın Baş naziri Robert Fiko bəyan edirəm ki, Macarıstana qarşı belə bir hücumla heç vaxt razı olmayacağam, çünki bu, Aİ-də suverenliyin və milli maraqların qorunması ilə bağlı fikirlərimlə ziddiyyət təşkil edir”, - deyə Fiko bildirib.

O əlavə edib ki, Macarıstanı Aİ-də səsvermə hüququndan məhrum etmək üçün alyansın bütün üzvlərinin razılığı lazımdır.

AzVision.az


Teqlər:





Xəbər lenti