Yeni "X xəstəliyi" ola biləcək virus: 7 gündə 100% ölümə səbəb olur

   Yeni "X xəstəliyi" ola biləcək virus:    7 gündə 100% ölümə səbəb olur
  17 Yanvar 2024    Oxunub:1195
Çin alimləri biotəhlükəsizlik araşdırmalarının bir hissəsi olaraq 7-8 gün ərzində yoluxmuş “insanlaşmış” siçanların 100%-ni öldürən koronavirus yaratmağa müvəffəq olublar.
Əslində, bu, bütün dünyada həkimləri, virusoloqların çox qorxduqları, həmçinin Davosda (bir model olaraq, "X xəstəliyi" adlandırılan tədqiqat) müzakirə ediləcək eyni super epidemiyadır.

“Yalnız sınaq borusunu sındırma”, “niyə belə etdin?”, “COVID-19 kimi sızmanın olmamasına çalış!” - bunlar Daily Mail nəşrinə yeni "panqolinlərdən olan qatil koronavirus" haqqında ən populyar şərhlərdir.

Amerikanın Boston şəhərində və Pekin Kimya Texnologiyaları Universitetində alimlər tərəfindən yeni koronaviruslarla təcrübələr (onları necə müalicə edəcəyini bilmək üçün) aparılıb.

"Alimlər Malayziya panqolinlərində (dərisi zirehli pulçuqlardan ibarət olan heyvan növü) mutant virus aşkar edərək, onu laboratoriya siçanlarına yeridiblər və görünməmiş təhlükə aşkar ediblər. Virus 7-8 gündə ölümə səbəb olur. Virusun özəlliyi ondan ibarətdir ki, COVID-19-da olduğu kimi ağciyərlərə ciddi infeksion zədələnmə əvəzinə (və sonradan orqan çatışmazlığı və s.) yeni GX_P2V beyinə miqrasiya edərək onu yoluxdurur və parçalayaraq öldürür ”, - nəşrdə deyilir.

Üstəlik, məlum olur ki, bu "qatil virus" hələ 2017-ci ildə, COVID-19-dan əvvəl hamımıza məlum imiş.

Alimlər nə ediblər?

- Viroloqlar panqolinlərdə tapılan GX_P2V-ni klonlayaraq, onu “insanlaşmış” siçanları (bunlar insan zülalları üzərində araşdırma üçün yetişdirilən siçanlardır).yoluxdurmaq üçün istifadə ediblər.

- Patogenlə yoluxmuş gəmiricilərin hər biri səkkiz gün ərzində ölür və tədqiqatçılar bunu "inanılmaz dərəcədə sürətli nəticə" adlandırıblar.

- Siçanlar yarılanda elm adamları heyrətləniblər - məlum olub ki, virus sadəcə inanılmaz dərəcədə aqressivdir və heyvanların beyinlərini və gözlərini “yeyir” .

- DM-ə görə "hələ nəşr olunmayan" yeni araşdırma "GX_P2V-nin insanlara yayılma riskinin olması" kimi qorxulu xəbərdarlığı özündə ehtva edir.

- Quşlardan, heyvanlardan insanlara koronavirusların ən mühüm daşıyıcısı olan panqolinlərdir.

- 2024-cü ilə qədər laboratoriyada saxlanılan virus “virulentliyini və ölümcüllüyünü 100%-ə qədər artıran mutasiyaya məruz qalıb"

- Yeni araşdırma üçün səkkiz siçan GX_P2V ilə yoluxdurulmuş, "ölümcül virus"dan ölüb və onlardan araşdırma üçün istifadı edilib.

Nəticə dəhşətlidir - virus hava ilə ötürülür, bütün yoluxmuş siçanlar arıqlayır, ölümcül yorğunluq yaşayır, gözləri ağarır. Beyinləri isə ölümə səbəb olan ağır infeksiyadan parçalanır.

“Epidemioloqlar və virusoloqlar deyirlər ki, yüksək ölümlə nəticələnən ağır qrip iki mutasiya nəticəsində baş verir. "Birincisi, heyvandan və ya quşdan virusun insana keçməsidir. İkinci mutasiya isə virusun insandan insana ötürülməsidir”, - həkimlər xatırladırlar.

2019-cu ilin noyabrında Cons Hopkins Universiteti gələcək epidemiyanın simulyasiyasını həyata keçirib. Rəvayətə görə, o, ölkədən ölkəyə uçan təyyarə sərnişinləri tərəfindən yayılıb və bəşəriyyətin 2/3 hissəsinə təsir edib. Virus üçün dərmanlar və peyvəndlər hətta tibbi məşqlər zamanı tez tapıla bilməyib - buna görə bir neçə gün ərzində 65 milyon insan ölüb.

Görünür ki, Davosda Ümumdünya İqtisadi Forumunda ÜST-nin proqnozlarında qeyd olunan “Dünyanı “X xəstəliyi"ndən necə xilas etmək olar” mövzusunda ayrıca bölmənin keçirilməsi əbəs deyil.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti