İrəvanda atışma olub

İrəvanda atışma olub
  17 Yanvar 2024    Oxunub:788
Ermənistanda atışma olub. "Şamşiyan" kriminal xəbər saytının yaydığı məlumata görə, silahlı insident ötən gecə İrəvanda baş verib.
"Yanvarın 16-da saat 22:30-da polisə Baqratunyanç küçəsində atəş səslərinin eşidilməsi barədə məlumat daxil olub. Hadisə yerinə gələn İrəvan polis idarəsinin rəhbərliyi ilə kriminal mütəxəssisləri güllə deşikləri olan “Lexus” və “Jeep” markalı avtomobillər aşkarlayıblar.
Hadisə şahidlərinin sözlərinə görə, “Lexus”un sürücüsünə atəş açılsa da, o, xəsarət almayıb", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti