Medvedev: "Gələcəkdə də Kiyev ilə yeni münaqişə yaranacaq"

    Medvedev:    "Gələcəkdə də Kiyev ilə yeni münaqişə yaranacaq"
  17 Yanvar 2024    Oxunub:1025
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev diqqət çəkən fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, o, Telegram kanalında Ukrayna ilə yeni münaqişənin başlanması ehtimalının 100 faizə bərabər olduğunu yazıb.

Medvedev: "Ukraynanın təslim olması sülhə yol açacaq"
Medvedevin sözlərinə görə, yeni silahlı münaqişənin baş vermə ehtimalı Kiyevdə kimin hakimiyyətdə olmasından asılı deyil. On və ya əlli ildən sonra da Ukrayna ilə müharibə baş verə bilər.

“Qərbin marionet Kiyev rejimi ilə hansı təhlükəsizlik sənədləri imzalamasından asılı olmayaraq, yeni münaqişənin baş vermə ehtimalı 100%-likdir. Buna nə Ukraynanın Aİ ilə assosiasiyası, nə də bu süni ölkənin NATO-ya daxil olması mane olmayacaq”, - Medvedev yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Münaqişə  





Xəbər lenti