Xarkova raket zərbəsi endirilib

   Xarkova raket zərbəsi endirilib
  17 Yanvar 2024    Oxunub:853
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərində yaşayış məntəqəsinə raket hücumu nəticəsində 17 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin qubernatoru Oleq Sinequbov bəyanat yayıb.

O bildirib ki, xəsarət alanlardan 2 qadının vəziyyəti ağırdır və digər 12 nəfərin də xəstəxanada müalicəsi davam etdirilir.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində azı 10 binaya ziyan dəyib.

Xarkov meri İqor Terexov isə açıqlamasında raketlərin hərbi obyektlərə yox, məhz yaşayış məntəqəsinə tuşlandığını vurğulayıb.



Firudin Həmidli
AzVision.az


Teqlər: Xarkov   raket   hücum  





Xəbər lenti