Makron: "Gərginliyi artırmağın əleyhinəyik"

      Makron: "Gərginliyi artırmağın əleyhinəyik"
  17 Yanvar 2024    Oxunub:946
Prezidenti Emmanuel Makron Yəməndə husilərə qarşı ABŞ-nin rəhbərliyindəki beynəlxalq koalisiyaya Fransanın nə üçün qoşulmadığını açıqlayıb.
AzVision.az xəbər verir ki, o dünən keçirdiyi mətbuat konfransında jurnalistlərin bu barədə sualını cavablandırıb.

O qeyd edib ki, məsələ hərbi yolla deyil, diplomatik çərçivədə həll edilməlidir.

"Koalisiyanın Qırmızı dənizdə Yəmənə hücumlarında iştirak etmədik, çünki regional gərginliyi “artırmaqdan” qaçınırıq. Çünki hər hansı eskalasiya ehtimalının əleyhinəyik", - deyən Makron həmçinin Qəzza zolağında atəşkəs naminə diplomatik səylərin davam etdiriləcəyini söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Makron   koalisiya   husilər   Qırmızıdəniz  





Xəbər lenti