Quterreş: "Nizam sistemlərinin çoxu məhv edilib"

  Quterreş:    "Nizam sistemlərinin çoxu məhv edilib"
  17 Yanvar 2024    Oxunub:828
BMT-nin baş katibi Antoniu Quterreş Davosda keçirilən Dünya İqtisadi Forumunda dünya ölkələrinin yeni çoxqütblü qlobal nizam qura biləcəklərinə əminliyini ifadə edib.
Onun sözlərinə görə, bu gün Soyuq müharibə dövründə mövcud olan nizam sistemlərinin çoxu məhv edilib və ya sıradan çıxıb. O, qeyd edib ki, Soyuq müharibədən sonra qısa müddət ərzində birqütblülük yaranıb.

“Nüvə tərksilahı əvəzinə, nüvə silahının yenidən bərpasından danışırlar. Millətlər nüvə silahlarını daha sürətli, daha gizli və daha dəqiq etmək üçün milyardlarla dollar xərcləyirlər. Fəlakətli ssenarinin qarşısı alına bilər.

Əminəm ki, biz beynəlxalq münasibətlərdə liderlik, balans və ədalət üçün yeni imkanlara malik yeni, çoxqütblü qlobal nizam qura bilərik”.

AzVision.az


Teqlər:





Xəbər lenti