İran ordusu və SEPAH hava hücumundan müdafiə təlimləri keçirəcək

İran ordusu və SEPAH hava hücumundan müdafiə təlimləri keçirəcək
  17 Yanvar 2024    Oxunub:911
İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, silahlı qüvvələrin elit bölmələri-red.) hava hücumundan müdafiə təlimləri keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.

“İranda silahlı qüvvələrin ayrı-ayrı bölmələrinin və İran İnqilabı Keşikçiləri Korpusunun iştirakı ilə “Vilayət səmalarının müdafiəçiləri 1402” adlı ixtisaslaşdırılmış birgə hava hücumundan müdafiə təlimi keçiriləcək”, - məlumatda qeyd edilib.

Təlimlərin tarixi və digər təfərrüatları barədə hələlik ətraflı informasiya verilməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti