Makron mühafizəkar təhsili dəstəkləyir

Makron mühafizəkar təhsili dəstəkləyir
  17 Yanvar 2024    Oxunub:800
Fransa prezidenti Emmanuel Makron dünənki mətbuat konfransında təhsil sahəsi üzrə bir sıra məqamlara da toxunub.
AzVision.az xəbər verir ki, iki saat davam etmiş konfrans zamanı o, ölkənin təhsil siyasətində dövlət məktəblərinin mühafizəkar prinsipləri əsaslanmalı olduğunu diqqətə çatdırıb.

"Fransada dövlət məktəbləri respublikaçı və dünyəvi dəyərlərin öyrədildiyi yerlər olmalıdır", - o deyib.

O həmçinin dövlət məktəblərində forma geyinməyi, dövlət himnini öyrənməyi mütləq hesab edərək, milli dəyərləri öyrətmək və gəncləri cəmiyyətə qazandırmaq üçün məktəblərdə ikihəftəlik təlim müddətinin genişləndirməsi zərurətini vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   təhsil  





Xəbər lenti