Çalıydan NATO-ya çağırış: "Rusiya ilə müharibəyə başlayın"

 Çalıydan NATO-ya çağırış:  "Rusiya ilə müharibəyə başlayın"
  18 Yanvar 2024    Oxunub:1701
"Ukrayna Rusiya ilə münaqişəyə NATO ölkələrinin ordularının birbaşa müdaxiləsini tələb edir. Əks halda bu ölkənin qələbə şansı xeyli az olacaq".
AzVision.az xəbər verir ki, bu fikri Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy “Obozrevatel”ə müsahibəsində deyib.

Məşhur alim Rusiyanın qələbəsini proqnozlaşdırır - “Le Figaro”
Diplomat qeyd edib ki, Rusiyaya qarşı proseslər təkcə NATO-nun hansısa yardımları səviyyəsində deyil, qarşıdurmada birbaşa iştirak formasında olmalıdır. Çalıya görə, bu cür gediş “Avropada müharibəyə son qoymağa” kömək edəcək.

Keçmiş səfir əlavə edib ki, Ukrayna Rusiya ilə Qərb ölkələrinin təqdim etdiyi kimi müstəqil şəkildə müharibə apara bilmir.

Çalıy Ukrayna əhalisinin Rusiya ilə müqayisədə bir neçə dəfə az olmasını da xatırladıb. Bundan başqa, Ukrayna öz strateji zavod və fabriklərini Rusiya raketlərinin çata bilməyəcəyi yerlərə köçürə də bilməz.

Qeyd edək ki, bundan öncə Fransanın keçmiş baş naziri Dominik de Vilpen Ukraynaya olan yardımları səmərəsiz adlandırmışdı.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022 ilin fevralın 24-də başlayıb. Moskva qoşunları Kiyevə qədər yeridə bildi. Lakin sonradan ruslar geri çəkilmək məcburiyyətində qaldılar. Ukrayna qoşunları isə ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də, ciddi nəticələr əldə etmədilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Səfir  





Xəbər lenti