Qərb Zelenskinin hansı tələbini rədd edib? - "The Hill" detalları açıqlayıb

  Qərb Zelenskinin hansı tələbini rədd edib?  - "The Hill" detalları açıqlayıb
  18 Yanvar 2024    Oxunub:1138
Kiyevin Qərb müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə Krıma hücumlarda kömək etməlidir.
AzVision.az xəbər verir ki, bu fikirlər "The Hill"də dərc olunan məqalədəndir.

General Hodces: "Bu müharibədə Krıma nəzarət edən qalib gələcək"
Məqalə müəllifi Qlen Hovard yazıb: “Qərb üçün Qara dənizdə növbəti addım Kiyevə Krıma hücuma keçmək üçün yardım etmək olmalıdır. Bundan başa Ukraynanın cənubunda fəaliyyət göstərən və Rusiya ordusunun maddi-texniki təchizatını üçün əhəmiyyətli logistikanı bağlamaqdır”.

Hovard əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərindən hücum əməliyyatlarına ciddi kömək edə biləcək “Taurus” qanadlı raketlərini istəyib. Lakin qarşı tərəf münaqişənin gərginləşməsi qorxusuna görə bu tələbin yerinə yetirilməsindən imtina edib.

Bundan öncə istefada olan general-leytenant, ABŞ-nin Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hodces də Krımla bağlı diqqət çəkən fikirlər səsləndirmişdi. O, Krıma nəzarət edəcək ölkənin bu müharibədə qalib gələcəyini deyib.

Xatırladaq ki, Krımın geri qaytarılması Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ildə başladığı genişmiqyaslı əkshücumunun əsas məqsədlərindən biri idi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Krım   Ukrayna  





Xəbər lenti