Rusiya daha Qərbə etibar etmir

   Rusiya daha Qərbə etibar etmir
  18 Yanvar 2024    Oxunub:968
Rusiya Ukraynada hərbi əməliyyat başlayandan sonra nəhayət ki, Qərblə bağlı mümkün illüziyalardan qurtulub və indi bilir ki, ona etibar etmək olmaz.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.

"Qərb indi bizə qucağını açdı, demokratiya hamımızı birləşdirəcək kimi 1990-cı illərdən bəri hələ də qalan bəzi illüziyalar tamamilə aradan qalxıb. Qərbə etibar etmək olmaz", - Rusiya XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri yalnız başqalarının hesabına yaşamaq və hamıdan ağıllı olmaq istədiklərini nümayiş etdiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti