Tramp sifilisdir? - Siyasətçinin fotosu gündəm oldu

      Tramp sifilisdir?    - Siyasətçinin fotosu gündəm oldu
  18 Yanvar 2024    Oxunub:1289
ABŞ prezidentliyinə namizəd Donald Tramp səhhətiylə bağlı xarici KİV-in gündəminə gəlib.
"Bild"in yaydığı məlumata görə, o, tərəfdarları ilə görüşündə əlindəki qəribə ləkələrlə diqqət çəkib. Qeyd edilir ki, Trampın yeni fotosu onun səhhətində ciddi problemlər yaranması ilə bağlı söz-söhbətlərə yol açıb.

Avropa Trampdan niyə ehtiyat edir? - Aİ yeni plan hazırlayır
“Dünən Donald Tramp tərəfdarlarını salamlayarkən onlara əl yellədi. ABŞ-nin keçmiş prezidentinin ovucunda qırmızı ləkələr görünürdü”, - Nəşr yazıb.

Eks-prezident Bill Klintonun keçmiş müşaviri Ceyms Karvil isə bu məsələyə daha radikal yanaşıb. O hesab edir ki, “ləkələr sifilis xəstəliyinin əlamətlərinə bənzəyir”.

Amma sosial şəbəkə istifadəçiləri Trampın əlini sadəcə isti dəmirdə yandırmış ola biləcəyini və ya bunun hansısa isti bir kökənin izi olduğunu düşünürlər.

Eyni zamanda, "Bild"in köşə yazarı Herbert Bauernebel ABŞ-nin keçmiş prezidentinin səhhətində problemlər olmasını göstərəcək müəyyən hadisələri də xatırladıb. Onun sözlərinə görə, Tramp “Ayova ştatında yanğınsöndürənlərə qutularda pizza apararkən nəzərəçarpacaq dərəcədə sağ ayağını dartırmış”.

Ayova ştatındakı kampaniya tədbirindən sonra isə "o, çox yorğun görünürək qeyri-sabit addımlar atırdı". Siyasətçinin nitqində səhvlərin sayının artması və nəzərəçarpacaq kilo itkisi də diqqət çəkib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Tramp   Sifilis  





Xəbər lenti