Avropa Trampdan niyə ehtiyat edir? - Aİ yeni plan hazırlayır

      Avropa Trampdan niyə ehtiyat edir? -    Aİ yeni plan hazırlayır
  17 Yanvar 2024    Oxunub:965
Avropa Parlamentinin sədr müavini Katerina Barli "Funke" nəşrinə diqqət çəkən müsahibə verib.
O deyib ki, Donald Tramp ABŞ prezidenti seçiləcəyi və “Avropanı tək qoyacağı” halda Avropa İttifaqının (Aİ) müdafiə müstəqilliyini gücləndirmək üçün daha sıx əməkdaşlığa ehtiyacı olacaq.

Belçika: "Tramp yenidən prezident seçilsə, Avropa tək qalacaq"
Əgər Tramp “Avropadan imtina etsə”, Aİ təkbaşına hərəkət etməyi bacarmalıdır.

Barli vurğulayıb ki, Donald Tramp prezident kimi fəaliyyət göstərəkən Avropaya strateji cəhətdən müstəqil olmağın vacibliyini göstərdi. Onun fikrincə, Avropa İttifaqı bundan sonra hərbi sahədə daha sıx əməkdaşlığa önəm verməlidir.

"Hazırda əsas məqsəd hərbi məhsulların birgə tədarükü və istehsalını artırmaq olmalıdır", - Barli xəbərdarlıq edib.

Qeyd edək ki, Belçikanın Baş naziri Aleksandr De Kro da ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ağ Evə qayıtması ehtimalını mənfi istiqamətdə şərh edib. O, Avropa Parlamentində çıxışı zamanı Trampın "Öncə Amerika” şüarını xatırladaraq, 2024-cü ildə Avropanın "təklənmə ehtimalı"nı vurğulayıb. Baş nazirin sözlərinə görə, "Avropa bu ehtimaldan qorxmamalı, Avropa İttifaqı öz gücünə əsaslanmalıdır".

"Politico" nəşri də Trampın Avropa İttifaqının nümayəndələri ilə təkbətək görüşü zamanı bu mövzuda qəti xəbərdarlıq etməsindən yazmışdı. O, ABŞ-nin Aİ ölkələrinə hücum olacağı təqdirdə onlara kömək etməyəcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Donald Tramp dünən Ayova ştatında keçirilən ilk seçkilərdə nəzərəçarpan səsçoxluğu ilə qalib gəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Avropa  





Xəbər lenti