Belçika: "Tramp yenidən prezident seçilsə, Avropa tək qalacaq"

   Belçika: "Tramp yenidən prezident seçilsə, Avropa tək qalacaq"
  16 Yanvar 2024    Oxunub:1006
Belçikanın Baş naziri Aleksandr De Kro ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ağ Evə qayıtması ehtimalını şərh edib.
AzVision.az xəbər verir ki, o bu məsələni Avropa Parlamentində çıxışı zamanı dilə gətirib.

O, Trampın "Əvvəl Amerika” şüarını xatırladaraq, 2024-cü ildə Avropanın "təklənmə ehtimalı"nı vurğulayıb. Baş nazirin sözlərinə görə, "Avropa bu ehtimaldan qorxmamalı, Avropa İttifaqı öz gücünə əsaslanmalıdır".

"2024-cü ildə demokratiya və azadlıqlarımız sınaqdan keçəcək. Avropa risk altındadır. Əgər 2024-cü il bizə yenidən "Əvvəla Amerika" gətirsə, Avropa həmişəkindən daha tək qalacaq. Avropanı daha möhkəm zəminə oturtmalı, daha güclü, suveren, inamlı Avropa yaratmalıyıq" , - Baş naziri çıxışını bu sözlərlə yekunlaşdırıb.

Xatırladaq ki, Donald Tramp dünən Ayova ştatında keçirilən ilk seçkilərdə nəzərəçarpan səsçoxluğu ilə qalib gəlib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Avropa   ABŞ  





Xəbər lenti