Quterreş azad edilmiş israilli əsirlərlə görüşüb

   Quterreş azad edilmiş israilli əsirlərlə görüşüb
  18 Yanvar 2024    Oxunub:1485
BMT-nin baş katibi Antoniu Quterreş İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda azad edilmiş israilli əsirlərlə görüş keçirib.
AzVision.az xəbər verir ki, baş katib həmçinin Girov və İtkin Ailələr Forumunun nümayəndələri ilə də görüşüb.

Görüş zamanı Quterreş bütün əsirlərin dərhal azad edilməsi barədə yenidən çağırış edib.


Firudin Həmidli
AzVision.az


Teqlər: BMT   katib   əsirlər  





Xəbər lenti