Rusiya A-50-nin vurulmasını etiraf etdi - Britaniya kəşfiyyatı

      Rusiya A-50-nin vurulmasını etiraf etdi    - Britaniya kəşfiyyatı
  19 Yanvar 2024    Oxunub:1618
Britaniya kəşfiyyatı diqqət çəkən məlumat yayıb. İngilis kəşfiyyatçılar Kiyevin Rusiyanın məşhur A-50 uzaqmənzilli radar aşkarlayan təyyarəsini vurmasından sonra Moskvanın bu uğurlu əməliyyatı üstüörtülü şəkildə etiraf etdiyini söyləyiblər.
Böyük Britaniyanın Müdafiə Nazirliyinin X-də kəşfiyyat məlumatlarına istinadən yaydığı xəbərə görə, 2024-cü il yanvarın 17-də Rusiya Hərbi Hava Qüvvələri başqa bir A-50 təyyarəsindən istifadə etməyə başlayıb. Lakin bu dəfə uçuş Ukraynanın şərqindən xeyli uzaqda, quru sahədə- Krasnodar bölgəsində olub.

“Çox güman ki, bu fəaliyyət təyyarələri riskə atmaq istəyinin azalması əlamətlərindən biri, onları qorumaq cəhdidir”, - kəşfiyyatın hesabatında deyilir.

NATO Rusiya ilə müharibəyə hazırlaşır - "Daily Mail"
Bu, həm də onu sübut edir ki, təyyarənin partlaması Rusiya Federasiyasının təqdim etdiyi kimi adi "qəza" olmayıb.

Xatırladaq ki, bir neçə gün öncə Ukrayna Azov dənizi üzərində Rusiyaya məxsus “A-50” kəşfiyyat və “İl-22M” bombardmançı təyyarələrini vurması barədə məlumat yaymışdı.

Rusiya Müdafiə Nazirliyi təyyarələrin vurulması ilə bağlı məlumatları şərh etmədi. Nazirliyə yaxın “Рыбарь” teleqram kanalı təyyarələrin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu əsas versiyalardan biri kimi qeyd edib. Bununla belə, Ukrayna mediası onların ölkənin Silahlı Qüvvələri tərəfindən vurulduğunu yazır.

Qeyd edək ki, “A-50” təyyarələrindən kəşfiyyat zamanı əsasən hücumların hazırlanması və qarşı tərəfin hücumu barədə xəbərdarlıq etmək üçün istifadə edilir. Rəsmi məlumata görə, Rusiya 10 ədəd bu tip təyyarəyə sahibdir. Bir ədəd “A-50” təyyarəsinin qiyməti 330 milyon dollar olaraq qiymətləndirilir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Təyyarə   Kəşfiyyat  





Xəbər lenti