Niderland Baş naziri Qəzzada atəşkəsə çağırış edib

   Niderland Baş naziri Qəzzada atəşkəsə çağırış edib
  19 Yanvar 2024    Oxunub:1212
Niderlandın Baş naziri Mark Rutte israilli həmkarı Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
AzVision.az xəbər verir ki, söhbət zamanı niderlandlı nazir israilli həmkarını Qəzza zolağında gərginliyi azaltmağa və əraziyə daha çox humanitar yardımın göndərilməsi üçün zəmin yaratmağa çağırıb.

"Məsələ üzrə konkret tədbirlər haqqında fikir mübadiləsi apardıq”, - Rutte telefon danışığından sonra qeyd edib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Niderland   atəşkəs   çağırış  





Xəbər lenti